Zaqatalada yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, səhər saatlarında rayonun Aşağı Tala kənd sakini 1990-cı il təvəllüdlü Ərəbli Anar Arif oğluna məxsus yaşayış evində yanğın baş verib. Yanğın yerinə Zaqatala YMH-nin texnikaları cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 120 kv. metr  olan yaşayış evinin  20 kv. metr tavan hissəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli