Bakı sakini külli miqdarda narkotiklə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini İbrahim Ağayev saxlanılıb. Ondan 1 kiloqram 70 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.