Şəkidə yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın Şəki rayonunun Turan qəsəbəsində baş verib.Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 500 k/m olan fərdi yaşayış  evinin 360 k/m hissəsi və həyətdə olan  yardımcı tikili tamamilə yanıb.

Yaxınlıqdakı tikililər və evin qalan hissəsi  yanğından mühafizə olunub.

Yanğın zamanı kənd sakini  1952-ci il təvəllüdlü Süleymanova Lətifə Zabit qızı yüngül yanıq xəsarəti alaraq  xəstəxanaya aparılıb.

Seymur Əli