Bakıda keçmiş məhlkum oğurluğa görə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından 678 manatını və “Fiat” markalı bir avtomobildən 750 manat dəyərində dərman vasitələri oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.