Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisinin məhkəmə prosesi keçirilib.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirli bilinən Mehman Ömər oğlu Mustafayevin məhkəməsinə hakim Fəxri Məmmədov sədrlik edir. Qeyd edək ki, Mehman Mustafayev Məmmədova Aynurə Ramiz qızına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinərək həbs edilib.
Xatırladaq ki, Mehman Mustafayev əvvəllər Suraxanı və Xətai rayonlarında Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində çalışıb.
Azər İsrafilov