Rüşvət alma maddəsilə həbs edilən məktəb direktorunun məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində işləmiş Mənsimov Vurğun Dadaş oğlu Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə həbs edilib. V. Mənsimovun ilkin baxış iclası 12.02.2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçiriləcək.
Cinayət işində 2 təhsil işçisi-İbayev Səyyar Babaş oğlu və Səfərov Adil İnşalla oğlu zərərçəkmiş qismində tanınıblar.
Azər İsrafilov