Mingəçevirdə intihara cəhd hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə Puşkin küçəsində baş verib. Binanın damına çıxan Kəlbəcər rayon sakini Müşfiq Təhməzov özünü yerə atmağa çalışıb. 

Ətrafdakı insanların köməyi ilə intiharın qarşısı alınıb. Səbəbləri araşdırılır.

Ehtiram Muradov