İsrailin Rusiyadakı səfiri Simone Halperin mətbuatda yer alan bəyanatlara görə, Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Diplomat təxminən 1 saat 40 dəqiqə Rusiya diplomatik binasında qalıb. O, jurnalistlərin suallarına cavab verməyib.
Qeyd edək ki, Halperin "Kommersant”a müsahibəsində xüsusən də HAMAS-ın niyə Rusiyanın terror təşkilatları siyahısına daxil edilmədiyi sualını verib. "Rusiyanın mövqeyi məni narahat edir, çünki buna görə ölkəniz israillilərin, o cümlədən rusdillilərin rəğbətini itirir", - deyə İsrail səfiri müsahibəsində bildirib.