Ermənistanda daha bir əsgər ölümü qeydə alınıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mövqeləri yaxınlığında məişət binasında baş verən yanğında ehtiyatda olan hərbçi ölüb. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə fevralın 6-da saat 13:20 radələrində baş verib.
Mərhumun adı 1985-ci il təvəllüdlü Artur Varuzhanoviç Qriqoryandır.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.