FIFA "Ayaks"da çalışarkən klubda çalışan qadın işçilərə cinsi məzmunlu mesajlar göndərdiyinə görə futboldan uzaqlaşdırılan Niderland millisinin sabiq yarımmüdafiəçisi Mark Overmarsın müraciətinə baxıb. 

"Unikal"  xəbər verir ki, bu barədə sabiq futbolçunun nümayəndəsi Frenk Nervort "Nu.nl"-ə danışıb.

"İki cümləlik mesaj aldıq. Birinci cümlədə apellyasiya şikayətinin rədd edildiyi, ikinci cümlədə çəkilən xərclərin cənab Overmars tərəfindən qarşılanacağı bildirilir".

Qeyd edək ki, 2023-cü ilin noyabrında İdman Ədaləti İnstitutu Overmarsı bir il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb. Əvvəlcə diskvalifikasiya yalnız Niderlandda işləmək üçün nəzərdə tutulsa da, yanvarda FİFA 50 yaşlı funksionerin diskvalifikasiyasını beynəlxalq səviyyəyə də aid edib.

Overmars "Ayaks"la Çempionlar Liqasının qalibi olub, həm də üç dəfə Niderland çempionluğuna yiyələnib. O, həmçinin Avropa çempionatında iki dəfə bürünc medal qazanıb.