Avokadonun insana faydaları saysız-hesabsızdır. Ürəyinizə, böyrəyinizə, dərinizə, immunitetinizə, arıqlamağa kömək edir.Yağlarla zəngin olan avokadonun insan sağlamlığına faydalı təsirləri çoxdur. Superfood hesab edilən bitki əsaslı və liflə zəngin qidadır. Bəs 30 gün ərzində gündə bir avokado yesəniz nə olar?

 “Unikal” avokadonun faydalarını təqdim edir:

Avokadonun təkcə meyvəsində deyil, yarpaqlarında, toxumunda və meyvə qabığında da insan sağlamlığı üçün çox qiymətli qida və fitokimyəvi maddələr var. Bu səbəbdən qida, tibb, əczaçılıq və kosmetika sənayesi kimi bir çox sahədə istifadə edilən qida maddəsidir.

Qurudulmuş avokado meyvələrinin qabıqları ilə hazırlanan çayın antioksidant fəaliyyətinin mate və alma çayından daha yüksək olduğu bildirilir. Avokado istehlakının xərçəngə qarşı mümkün qoruyucu təsiri ilə bağlı araşdırmalara görə, meyvəsi xərçəng əleyhinə, qabıqları isə şiş əmələ gəlməsinin qarşısını alan xüsusiyyətlərə malikdir. 

Avokadoda olan lutein göz xəstəliklərindən, xüsusən də kataraktadan və makula degenerasiyasından qoruyur. Əlavə olaraq, araşdırmaya görə, gündəlik yarım avokado (68qr) istehlak etmək, doymamış yağ turşuları, lif, A, C, E, K və B vitaminləri, kalium və maqnezium kimi bir çox qida ehtiyacının qarşılanmasına töhfə verə biləcəyi ifadə edilir.

Zərifə Nağıyeva