Əliyev Fəday Dəmirxan oğlunun adı növbəti cinayət işində hallanır.
“Unikal”ın əldə etdiyi məlumata görə, Həsənov Həsən Azər oğlu F.Əliyevə qarşı dələduzluq etdiyi üçün Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb və baxılması üçün rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim Xalidə Əlisoyun icraatındadır və növbəti məhkəmə prosesi 09.02.2024-cü il tarixdə keçiriləcək.
Qeyd edək ki, Fəday Əliyev sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı cinayət işində zərərçəkmişin hüquqi varisi kimi tanınıb.
Azər İsrafilov