Qarabağ Universitetində ilkin mərhələdə 70 nəfərin işlə təmin olunması gözlənilir, onların böyük hissəsi akademik şəxslər olacaq.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev söyləyib.

O bildirib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.