Xəbər verdiyimiz kimi, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı  avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç  azyaşlını vurub.

"Unikal"ın məlumatına görə,  Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu hadisə yerində dünyasını dəyişib. 

İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
Qəzad dünyasını dəyişən azyaşlıların fotolarını təqdim edirik: