Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Məmmədov Əlfəddin Rüstəm oğlu aralarında baş vermiş mübahisə zəminində 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Rəcəb oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.