Qəhvəni, kofeini hər nə qədər sevsək də, onların sinir sistemimizə və psixologiyamıza mənfi təsirləri vardır.

“Unikal” həmin təsirləri təqdim edir:

1. Kofein beyində stress formullarını artırır

Kofein istehlakı stress hormonları kimi tanınan kortizol və epinefrinin səviyyəsini artırır. Tədqiqatlar təsdiqləyir ki, kofein kortizol istehsalını gücləndirir, stress reaksiyalarının daha şiddətli olmasına səbəb olur. Məlumdur ki, səhər saatlarında bədənimiz ayıq olmaq üçün təbii olaraq kortizol ifraz edir və bu “tənzimlənmiş” stress yuxudan oyanıb günə başlamamıza kömək edir. Tədqiqatçılar səhər tezdən istehlak edilən qəhvənin kortizol səviyyəsinə daha çox təsir etdiyi və stres səviyyəmizədə mənfi təsir göstərə biləcəyi qənaətindədir.

2. Kofein yuxusuzluğa səbəb olur

Adenozin sinir hüceyrələrimiz arasında əlaqəni təmin edən və yuxu qabiliyyətimizi və yorğunluq hissimizi tənzimləyən nörotransmitterlərdən biridir. Kofein adenozinin fəaliyyətini bloklayır, beləliklə yorğunluq hissini aradan qaldırır və bu səbəbdən tez-tez istifadə edilə bilər, lakin kifayət qədər adenozin ifraz edə bilməmək də yuxusuzluqla nəticələnir. "Natural Valium" kimi tanınan GABA nörotransmitteri kofein qəbulu ilə azala bilər, bu da bədənin rahatlamasını və yuxuya getməsini çətinləşdirir.

3. Kofeinə qarşı həssaslıq yarana bilər

Kofeinin bədənə təsiri insandan insana dəyişə bilər. Bəzi insanlar yatmazdan əvvəl bir neçə stəkan kofe içsələr belə yaxşı yuxuya gedə bilirlər, bəziləri üçün günortadan sonra bir fincan qəhvə belə gecə yuxusunu poza bilir.
Bunun səbəbi, genetik olaraq, kofein emal mexanizmlərimizin fərqli işləməsidir. Harvardan aparılan araşdırmaya görə, müəyyən genlərin metabolizmimizin kofeini emal etmə tərzinə təsir etdiyini təsdiqləyir. Bununla belə, kofeinə həssaslıq yaşla inkişaf edə və ya arta bilər. Məlumdur ki, kofein kişilərdə qadınlara nisbətən daha yavaş metabolizə olunur.

4. Kofein qan şəkərinin səviyyəsinə mənfi təsir göstərə bilər

Qan şəkərinin səviyyəsi çox aşağı olduqda, narahatlıq, tərləmə, çaşqınlıq və ürək döyüntüsü kimi simptomlara səbəb ola bilən hipoqlikemiya adlı bir vəziyyəti meydana gətirir. Kofeinin kortizol, epinefrin və norepinefrin səviyyələrinə təsir etməsi qan şəkərinin azalmasına və bu simptomların artmasına səbəb ola bilər.

5. Kofein psixiatrik dərmanlarla qarşılıqlı təsir göstərə bilər

Kofeinli içkilər gündəlik həyatımızda o qədər geniş yayılmışdır ki, kofeinin əslində psixoaktiv maddə hesab edildiyi çox vaxt diqqətdən kənarda qalır. Bəzi dərmanların, məsələn, ağrıkəsicilərin təsirini artırmaq üçün kofeinin istifadəsi oluna bildiyi halda, bəzi digər dərmanların, xüsusən də psixiatrik xəstəliklərin müalicəsində istifadə edilən dərman pereparatlarının  kofeinlə ciddi şəkildə reaksiyaya girərək mənfi təsirlər yarada biləcəyi məlumdur.
Astma dərmanları,sovet mənşəli antidepresanlar, bəzi antibiotiklər, anksiyete müalicəsində istifadə edilən dərmanlar, bipolyar pozğunluq üçün təyin edilmiş litium əlavələri və diqqət çatışmazlığı əleyhinə istifadə olunan pereparatlarla reaksiyaya girərək mənfi təsirlər doğura bilir.

6. Kofein istehlakı beyni qidalandıran maddələri azalda bilər

Sinir sistemi funksiyalarında mühüm rol oynayan anti-stres vitaminləri olaraq bilinən maqnezium və B kompleks vitaminləri həddindən artıq kofein istehlakı səbəbindən azala bilər və ya kofein bu maddələrin bədəndəki funksiyalarını poza bilər. Maqnezium və B vitamini çatışmazlığının psixiatrik pozğunluqlara və istifadə edilən dərmanların yan təsirlərinə səbəb ola biləcəyini nəzərə alaraq, əgər kofein qəbul etmək vərdişiniz varsa, qanınızda bu maddələrin kifayət qədər olub olmadığını öyrənmək üçün həkiminizdən analiz tələb edə bilərsiniz.

7. Kofein beyinə qan axını azalda bilər

Kofein istehlakı beyinə çatan qanın miqdarını 27%-ə qədər azalda bilər. Oksigen, su, qlükoza, vitamin və minerallar qan axını sayəsində bədənimizə daşına bilir və beynimizə axan qanın miqdarının azalması bu əsas ehtiyacların qeyri-kafi şəkildə qarşılanması deməkdir. Xüsusilə narahatlıq probleminiz varsa, beynə gedən qan miqdarı artıq azalıbsa, siz kofein qəbul etdiyiniz zaman bu çatışmazlığı gücləndirirsiniz.

Zərifə Nağıyeva