Gəncədə 12 yaşlı oğlanın intihar etməsinin ilkin səbəbi açıqlanıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Daşkörpü adlan ərazisində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.
2012-cü il təvəllüdlü A.Məmmədovun meyiti valideyinləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
İlkin məlumata görə, 12 yaşlı oğlanın valideyinləri telefonu onun əlindən alıb. Bu səbəbdən də o intihar edib.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Tural Əhmədov
***16:07
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.
"Unikal" xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilir ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.