Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.2019-cu il təvəllüdlü R.A. qəsəbədə yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.