Zaqatalada təmiri sexi maşınla birlikdə yanıb. 

"Unikal" xəbər verir ki, yanğın Yuxarı Tala kəndindəki təmiri sexində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexə təmir üçün gətirilmiş “VAZ 21011” markalı avtomobil də yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli