Zaqatalada yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi Zaqatala rayon Lahıc kəndində baş verib. Yanğın yerinə Zaqatala DYMH-nin texnikaları cəlb olunub. Hadisə zamanı 1963-cü il təvəllüdlü Yusifov Süleyman Saleh oğluna məxsus ümumi sahəsi 320 k/m olan fərdi yaşayış evinin 160k/m hissəsi içərisindəki əşyalarla birlikdə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Seymur Əli