Şəmkirdə minik maşını aşıb, sürücü ölüb.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı Şəmkir rayonun Çinarlı qəsəbə sakini olan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov