Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 90 m² kürsülü, ikimərtəbəli (hər mərtəbəsi 45 m²) olan 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında qaz sobasının ətrafı və ev əşyaları 4 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.