Mingəçevirdə yaşayış binasında yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində Xaqani Məmmədova məxsus mənzildə qeydə alınıb.

Mənzilin mətbəx hissəsində qaz sobasının nəzarətsiz qalması yanğın təhlükəsinə yol açıb. Əraziyə çatan yanğınsöndürənlər təhlükəni lokallaşdıraraq qarşısını alıb.

Hadisə zamanı zərərçəkən olmayıb.

Ehtiram Muradov