Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 43 yaşlı Zamin Həsənov və 37 yaşlı  Orxan Ağazadə  xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır, digərinin  isə orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov