Qubada yol qəzasında ölən və yaralananların kimliyi məlum olub. 

"Unikal"ın məlumatına görə, Qubanın Barli kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları açıqlanıb. 
 Belə ki, Arif İmamquluyev və Elmar Məmmədov ölüblər,  Fərhad İbrahimov, Mustafa Əkbərov və Akif Qurbanov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər 

Faktla bağlı araşdırma aparılır.

20:48

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:03

Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə "Lada-Priora" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

 Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralılara tibbi yardım göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca