Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 18:00 radələrində baş verib. Belə ki, Göyçay-Bərgüşad yolunda "VAZ 2107" markalı minik avtomobili yolu keçən piyada Qaraxıdır kənd sakini 42 yaşlı Göyçək İsgəndərovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. 

Qeyd edək ki, dünyasını dəyişən qadının oğlu hazırda hərbi xidmətdədir.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli