Zaqatalada 40 yaşlı kişi intihar edib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Dardoqqaz kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Ömərxan Makarov yaşadığı evin həyətində olan istifadəsiz mal tövləsində özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli