Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Məmmədova Rahilə Qoç qızı, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz Aslan oğlu, 1987-ci il təvəllüdlü Səfərova Nərmin Abbas qızı, 1988-ci il təvəllüdlü Rəhimov Qurban Elşad oğlu, 2013-cü il təvəllüdlü Rəhimzadə Nurgül Qurban qızı, 2015-ci il təvəllüdlü Rəhimli Əli Qurban oğluna xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*** 19:02

Yevlax rayonunda avtomobil qəzası zaman xəsarət alanların şəxsiyyəti məlum olub.

"Unikal" xəbər verir ki, hadisə zamanı Ağcabədi rayon sakinləri - 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, onun bacısı, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və daha bir nəfər xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

17:40

Yevlaxda yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Qoyunbinəsi kəndi yaxınlığında baş verib. Belə ki, "Mercedes" markalı minik maşınının iştirakı ilə baş tutan qəzada bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov