Balakəndə 4 otaqlı yaşayış evi tamamilə yanıb.
"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında Balakən şəhər Aydın Məmmədov küçəsində qeydə alınıb. Yanğın yerinə Balakən Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yangın zamanı 1962-ci il təvəllüdlü Qarayev Ramiz Mollaəli oğluna məxsus ümumi sahəsi 120 k/m olan dörd otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli.