Bakı İnzibati Məhkəməsində iki dövlət qurumu arasında məhkəmə prosesi keçiriləcək.
“Unikal”ın məlumatına görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyini İnzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar məhkəməyə verib.
“AzerGold” QSC məhkəməyə ötən il müraciət etsə də, hakim Həmid Ağalarov məhkəmə iclasını fevral ayının 28-nə təyin edib.
Azər İsrafilov