Şəmkirdə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhərində yerləşən yaşayış binalarının birində qeydə alınıb.

Belə ki, 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisənin  baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov