Gədəbəydə evdə qaz partlayıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov