Xəbər verdiyimiz kimi, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
"Unikal"ın məlumatına görə, qətli ailənin böyük olu - 1999-cu il təvəllüdlü Əhməd Əhmədov törədib.
O, həmçinin Günəşli qəsəbəsində yaşayan bacısı Elmiranı və azyaşlı qızı Ülviyyəni də qətlə yetiri.
Qətlə yetirilən Mehman Əhmədov 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi olub.