Bakı şəhərinin Suraxanı rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Unikal" xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, atasını, anasını və qardaşı öldürən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov daha sonra Suraxanı rayonunda bacısını və onun azyaşlı övladını öldürüb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Qətlə yetirilən qız uşağının 5 yaşı olub.
Foto: Ayxan Malikov