Mingəçevirdə mənzillərin birində çürümüş insan meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Çağırış əsasında ünvana baxış keçirən FHN xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar. Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü  Hacıyev Zakir  Zülfü oğluna məxsusdur. Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z. Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov