Quba-Bakı yolunda iki  avtomobili toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “Shacman” və “Ford” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Beləki, hadisə nəticəsində Talıbov Vəfadar Nəcəfqulu oğlu, Talıbova Günay Əlhəsən qızı və onların övladı Talıbov Nəcəfqulu Vəfadar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalar aparılır. 

Xanlar Qaraca