Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, "Shacman" və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində, 3 nəfər yaralanıb.
48 yaşlı Vəfadar Talıbov, 44 yaşlı Günay Talıbova və 16 yaşlı Nəcəfqulu Talıbov müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.