Oğuzda idarəetmədən çıxan avtomobil kanala aşıb.
"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun darə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü N. Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli