Mingəçevirdə usta laqonda ilə ayağını kəsib.
"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Ehtiyatsızlıq nəticəsində laqonda usta Malik Şirinovun əlindən çıxaraq sağ ayağını doğrayıb. Yaralı dərhal xastəxanaya çatdırılıb. İlkin yardım göstərildikdən sonra isə o, Gəncədə yerləşən klinikalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov