Bakıda intihar hadisəsi olub.
"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu 8-ci kilometr qəsəbəsində qeydə alınıb. 16 yaşlı S.M (ad şərtidir) özünü binanın 8-ci mərtəbəsindən atıb.
Yeniyetmə qızın nəyə görə belə addım atdığı bəlli deyil. Onun orta məktəblərin birində təhsil aldığı bildirilir.
Araşdırma aparılır.