Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yük avtomobillərinin toqquşması nəticəsində yaralanan 3 nəfərdən biri ölüb, digər 2 nəfərin vəziyyəti ağırdır. 

"Unikal" xəbər verir ki, "TIR" və "Mercedes" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində ağır xəsarətlər alan Novruzov Üzeyir Telman oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralı - Quba rayonunun Birinci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu ilkin olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, bədənin müxtəlif nahiyyələrinin çoxsaylı sınıqları ilə xəstəxanaya yerləşdirilən hər iki şəxs ilkin tibbi yardımdan sonra ixtisaslı tibbi müayinədən keçirilməsi üçün dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir. Xəsarət alanlardan bir nəfər komatoz vəziyyətindədir.

*** 17:26

Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralanların kimliyi bilinib.

"Unikal"ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi zamanı  Novruzov Üzeyir Telman oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə nəticəsində Quba rayonu 1-ci Nügədi kənd sakinləri Qonaqbeyov Cavid Murad oqlu və Memmedov Balakişi Perviz oqlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

***

16:25

Xaçmaz rayonunun Mürşüd-oba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, “Ford” markalı yük avtomobili iki qoşqulu “Mercedes” markalı yük avtomobilli ilə toqquşub. Nəticədə şəxsiyyətləri hələki dəqiqləşdirilən ağı dərəcəli xəsarətlər alan üç nəfər şəxs Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca