Mingəçevirdə toqquşan avtomobillərdən biri idarəetmədən çıxaraq ağaca çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə N.Nərimanov küçəsində baş verib.

"Mercedes" markalı iki avtomobilin toqquşması zamanı maşınlardan biri idarəetmədən çıxaraq səkiyə qalxıb və ağaca çırpılıb.

Qəza zamanı avtomobillər ciddi zərər görsə də, maşındakılar yüngül xəsarətlə qurtulublar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov