Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

N.Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə hərəkətdə olarkən 2015-ci il təvəllüdlü Z.Abbasovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlını sürücü xəstəxanaya çatdırıb. 

Faktla bağlı araşdırma aparılır.