Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.
"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.
Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib. İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib.