Qazaxda baş verən yol qəzasında xəsarət alan piyadaların kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alan piyadalar 1975-ci il təvəllüdlü Elmira Şıxlinski və 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır.
Xatırladaq ki, Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ 2107" ilə hərəkətdə olan zaman iki piyadanı vurub.
***21:00
Qazaxda iki piyadanı maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qarapapaq kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piydanı vurub, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağırdır.
Qeyd edək ki, avtomobilin vurduğu şəxslərdən bir müəllim, digər isə 11-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov