Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığı aparıb, tərəflər döyüş meydanındakı vəziyyəti müzakirə ediblər.

"Unikal" xəbər verir ki,  bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

“Münxen Təhlükəsizlik Konfransında mən ABŞ prezidenti Co Baydenlə telefonla danışdım. Biz döyüş meydanındakı hazırkı vəziyyəti müzakirə etdik”, - deyə Zelenski bildirib.