Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, Xudat-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisindən keçən hissəsində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobillərinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində həmin avtomobillərin sürücüləri və sərnişinləri, Bakı şəhər sakinləri -1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu və onun qardaşı 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elburusoviç, 1997-cı il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir. 

Xanlar Qaraca