Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.
Bu barədə "Unikal"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 18:49-da qeydə alınıb. Zəlzələ 3.3 maqnitudada olub.
xxx
16:57
Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
xxx
13:10
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.