Azərbaycan Respublikası Kikboksing Federasiyası, "XOCALI" idman klubu, "DAYAQ" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyi və "Konar İnşaat"ın birgə təşkilatçılığı ilə "XOCALIYA ƏDALƏT" adlı idman yarışı keçirilib.
"Unikal" xəbər verir ki, yarışla bağlı "DAYAQ" Təşkilatının sədri Qalib Əliyev və "XOCALI" idman klubunun prezidenti Ehram Məcidov "XOCALIYA ƏDALƏT" adlı idman yarışı ilə bağlı mətbuata açıqlamalarında bildiriblər ki, 600 idmançının qatıldığı bu yarışı təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi idman hərəkatına ictimai-siyasi dəstək verməkdir.
"DAYAQ" Təşkilatının rəhbəri deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın dünyada apardığı "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Xocalı faciəsini faktların dili ilə Beynəlxalq ictimaiyyətə çatırılması vətəndaş cəmiyyəti tərəfindən də təqdir edilir. Bu baxımdan milli vətənpərvər əhəmiyyətli məsələrdə birgə səylərin olması Dövlət başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin beynəlxalq siyasət kursuna vətəndaş cəmiyyətlərinin də öz töhfələrini vermələrini aktullaşdırır.
"XOCALI" idman klubunun prezidenti Ehram Məcidov bildirdi ki, gənc vətənpərvər idmançılar Prezident cənab İlham Əliyevin müsəllah əsgərləri olaraq istənilən vaxt torpaqlarımızın müdafiəsində fədakarlıq göstərməyə hazırdırlar. Onların hər biri beynəlxalq arenalarda Xocalıya ədalət kompaniyasına qoşularaq vətənpərvər əzimdə olmalıdırlar.
Həmçinin qeyd olunub ki, bu ictimai-siyasi, milli vətənpərvər təşəbbüsdə böyüməkdə olan yeni nəsinin və gənc idmançıların fəallıq göstərmələri olduqca vacibdir.
Erməni vandalları tərəfindən törədilmiş Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılması işinə hər bir Azərbaycan vətəndaşının öz töhfəsini verməli olduğu vurğulanıb.
Yarışı millət vəkilləri Aydın Mirzəzadə və Vüqar İsgəndərov, şəhid ailələri və qazilər, eləcə də mətbuat nümayəndələri və digər şəxslər izləyib.