Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Dəliməmmədli şəhərində olub.

"Vaz" markalı maşın 1972-ci il təvəllüdlü Əhmədov Adil Eldar oğlunun  idarə etdiyi  "Vaz-2106" markalı avtomobilə çırpılıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan Adil Əhmədov xəstəxanaya çatdırılıb. Daha sonra o, Gəncə klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Adil Əhmədov Qarabağ qazisidir. 

Ehtiram Muradov